Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar kimdir? FOTO


Şou-biznes 28 Yan 2020 13:03:00 189 0

Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar kimdir?  FOTO

Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub.

Son.az axşam.az-a istinadən bildirir ki, Nigar Məmmədova "Boomerang Label" adlı şirkətin sahibidir.

Türk mediasında B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.

Məsələ ilə bağlı axşam.az-a danışan Nigar Məmmədova zinət əşyasının qiyməti haqda məlumat verməyib:

"Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm".