Məktəblərdə tələbə köçürülmələrinə başlanılır


Digərləri 28 Yan 2020 13:17:00 149 0

Məktəblərdə tələbə köçürülmələrinə başlanılır

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır.

Bakı. İlhamə İsabalayeva – Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.