"Sədərək" dairəsində sürücüləri cərimələyən yol polislərinin izahatı alınıb


Digərləri 28 Yan 2020 13:00:00 118 0

"Sədərək" dairəsində sürücüləri cərimələyən yol polislərinin izahatı alınıb

Bakının Lökbatan qəsəbəsi ərazisində, "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı dairədə avtomobilləri bilərəkdən cərimələyən yol polisləri ilə bağlı araşdırmalar aparılıb.

Bakı. Samir Əli - Bakının Lökbatan qəsəbəsi ərazisində, "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı dairədə avtomobilləri bilərəkdən cərimələyən yol polisləri ilə bağlı araşdırmalar aparılıb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, faktla bağlı aparılan araşdırmalar zamanı hadisədə iştirak edən yol polisləri və cərimələnən avtomobilin sürücüsü müəyyən edilib: "Ərazidə xidmət aparan Ekoloji postun inspektorları olub. Həmin inspektorlar dəvət edilərək izahatları alınıb. Artıq cərimələnən sürücü də müəyyən edilib və idarəyə dəvət edilib. Günün sonuna qədər araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".