Bu il 6 "ASAN xidmət" və 1 "ASAN Kommunal" mərkəzi açıla bilər


Sosial 28 Yan 2020 12:44:37 105 0

Bu il 6 "ASAN xidmət" və 1 "ASAN Kommunal" mərkəzi açıla bilər

​Bu il 6 "ASAN xidmət" və 1 "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir.

© Report / Elchin Murad — Ülvi Mehdiyev

Bu il 6 ASAN xidmət və 1 "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir.

"Report'' xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunlar Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında və Bakıda 2 "ASAN xidmət" mərkəzi ilə yanaşı, 1 "ASAN Kommunal"mərkəzinin açılması gözlənilir: "Eyni zamanda yeni"INNOLAND"mərkəzlərinin açılması, Silikon vadisində Azərbaycan İnnovasiya Evinin,"StartupFest 2019" adlı beynəlxalqtədbirin keçirilməsi nəzərdə tutulur''.

Sədr bildirib ki, həmçinin Qubada ABAD qablaşdırma fabriki açılacaq: "Bu günə qədər startaplara 830 min manat investisiya cəlb edilib".