Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb - EKSKLÜZİV


Sosial 28 Yan 2020 12:48:36 95 0

Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb - EKSKLÜZİV

Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə

Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.

“Report”un əldə etdiyiməlumata görə, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.

İnstitutda 8 palata ayrılıb. Hazırda həmin palataların5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır.

Xatırladaq ki,Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə”əmrimzalayıb.