“Azərenerji” rəhbəri ilə TEPSCO-nun direktoru arasında görüş olub (FOTO)


Digərləri 28 Yan 2020 12:35:00 119 0

“Azərenerji” rəhbəri ilə TEPSCO-nun direktoru arasında görüş olub (FOTO)

Görüşdə “Azərenerji” ilə TEPSCO əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb

Bakı. “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiyanın TEPSCO dövlət şirkətinin Mərkəzi Asiya üzrə direktoru Noriaki Taketaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Trend-in məlumatına əsasən, Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və TEPSCO şirkətinin biznesin inkişafı üzrə meneceri Yashushi Shinoginin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb. Görüşdə “Azərenerji” ilə TEPSCO əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb və Baba Rzayev Noriaki Taketaniyə təşəkkürnamə təqdim edib.