"Mən məzuniyyətə çıxıram, xahiş edirəm darıxmayın"


Şou-biznes 28 Yan 2020 12:22:00 388 0

"Mən məzuniyyətə çıxıram, xahiş edirəm darıxmayın"

Tanınmış aktrisa Çimnaz Sultanova gözlənilməz addım atıb.

Son.az baku.ws-ə istinadən bildirir ki, aktrisa fəaliyyətində qəfil fasilə vermək qərarına gəlib.

Çimnaz Sultanova sosial şəbəkədə bu barədə paylaşım edib və bunları yazıb:

"Mən məzuniyyətə çıxıram. Efirlərə, verilişlərə, tədbirlərə, toylara, məşqlərə, çəkilişlərə və "Instagram"a STOP. Xahiş edirəm darıxmayın, inciməyin, küsməyin... Həyatımda ciddi dəyişiklər baş verir. Mənim fasiləyə ehtiyacım var.