Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"


Siyasət 28 Yan 2020 11:10:03 105 0

Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"

Əslən Azərbaycandan olan yəhudilər kimi bizim üçün bu ölkədə baş verən proseslər mühüm əhəmiyyət kəsb edir.

Son.az Trend-ə stinadən xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında "Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi" və "İsraildə Azərbaycan evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli deyib.

O bildirib ki, Azərbaycan daim güclənən və inkişaf edən ölkədir: "Biz ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək. Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi, hər zaman olduğu kimi, bütün tərəfdaş və dost dövlətlərlə, o cümlədən İsraillə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi çox önəmlidir".

Şirin Nexamiya Mixaeli yeni formalaşacaq parlamentin Azərbaycanın inkişafının daha da sürətlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.