Azərbaycanda bu avtomobillər 50 faiz endirimlə satışa çıxarılır


Digərləri 28 Yan 2020 11:32:00 120 0

Azərbaycanda bu avtomobillər 50 faiz endirimlə satışa çıxarılır

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək.

Son.az xəbər verir ki, bu dəfə Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Ali Məhkəmənin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. Milli Məclisin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə satışa çıxarılır. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təqdim ediləcək. "Azəristiliktəchizat" ASC-nin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.