Bakının bu ərazilərində su olmayacaq


Digərləri 28 Yan 2020 11:19:47 117 0

Bakının bu ərazilərində su olmayacaq

“Azərsu” ASC abonentlərdən üzr istəyir

Bakı. Nəsimi rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə məlumat verilib. Bildirilir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 28 yanvar 2020-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.