Keçmiş məhkum silahla yaxalandı (FOTO)


Digərləri 28 Yan 2020 09:42:50 125 0

Keçmiş məhkum silahla yaxalandı (FOTO)

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb

Bakı. Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Hüseynov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.