Goranboyda ev yandı - Xəsarət alan var


Digərləri 28 Yan 2020 09:27:25 128 0

Goranboyda ev yandı - Xəsarət alan var

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı. Goranboy rayonunda 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata əsasən, rayonun Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.