Elastik “Motorola” smartfonunun buraxılış tarixi açıqlanıb


Digərləri 28 Yan 2020 08:31:00 109 0

Elastik “Motorola” smartfonunun buraxılış tarixi açıqlanıb

"Motorola" şirkəti elastik ekranlı "Moto Razr" smartfonunun buraxılış tarixini açıqlayıb. ABŞ-da fevralın 6-dan etibarən alıcılara çatdırılacaq qurğu üçün ilkin sifarişlərin qəbuluna yanvarın 26-da başlanılacaq.

Son.az ictnews.az-a istinadən bildirir ki, smartfonun qiyməti təqdimat mərasimində elan olunduğu kimi dəyişməz (1499 dollar) qalıb.

Ötən il noyabrın 14-də nümayiş olunan "Moto Razr" şirkətin ekranı ortadan qatlanan ilk smartfonudur. Qurğu "Qualcomm Snapdragon 710" prosessor, 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də ikinci - 800 x 600 təsvir ölçülü 2,7 düymlük displeylə təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel təşkil edir və həssas obyektivlə (f/1.7) təchiz edilib, ön kamera isə 5 meqapikselli daxili kameraya malikdir.

"Moto Razr" smartfonunun satışlarına ilkin olaraq dekabrın 26-da başlamaq planlaşdırılsa da, ötən ilin sonunda şirkət gözlənilməz yüksək tələbat səbəbindən onu təxirə salıb.