“Uşaqlığım Bakıda keçib və ora qayıtmağı arzulayıram”


Digərləri 28 Yan 2020 08:38:00 154 0

“Uşaqlığım Bakıda keçib və ora qayıtmağı arzulayıram”

"Uşaqlığım Bakıda keçib və ora qayıtmağı arzulayıram".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri "Moskva-Baku" nəşrinə müsahibəsində rusiyalı aktyor Makar Zaporojski deyib. O, jurnalistin "Nə vaxtsa Azərbaycanda filmə çəkilmisiniz?" sualını belə cavablandırıb:

"Azərbaycanda çəkilməmişəm, amma uşaqlığım Bakıda keçib. Atam (Rusiyanın Əməkdar artisti Viktor Zaparojski -red.) Azərbaycanda anadan olub. Biz ailəmizlə nənəmlə babamın yanına gəlirdik. Atam Leninqrada köçəndən sonra onlar burada yaşamağa davam edirdi. Köçün əsas səbəblərindən biri Azərbaycanda bir çox insanların taleyinə təsir edən Sumqayıt faciəsi olmuşdu. Nənəmlə babamın vəfatından sonra mən Azərbaycana gəlməmişəm. İndi böyük məmnuniyyətlə Bakıya qayıdardım, orada uşaqlığım keçib, dostlarım var. Və, əlbəttə ki, istərdim ki, mənim iştirakımla keçən hər hansısa bir layihənin çəkilişləri Azərbaycanda baş tutsun".