İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub


Digərləri 28 Yan 2020 08:25:00 116 0

İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub

"General Motors" şirkətinin "Cruise" bölməsi "Origin" adlı ilk sürücüsüz elektromobil təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, altı nəfərlik sərnişin tutumuna malik elektromobil sürücüsüz idarə olunur. "Origin" sərnişinlərin hərəkət zamanı darıxmaması üçün "USB" port və rəqəmli ekranlarla təchiz edilib.

"Cruise" şirkətinin baş direktoru Den Əmmanın sözlərinə görə, "Origin" konsepsiya yox, şirkətin gələcəkdə buraxmağa hazırlaşdığı seriyalı modeldir. Bununla yanaşı, hazırda "Origin" ABŞ-ın ümumi istifadəli yollarında istifadə üçün standartlara cavab vermir. Bu səbəbdən yaxın vaxtlarda elektromobil yalnız qapalı yerlərdə sınaqdan keçiriləcək.

Mütəxəssislərin sözlərinə görə, gələcəkdə "Origin" elektromobilindən sürücüsüz taksi kimi də istifadə mümkün olacaq. Hazırda elektromobilin qiyməti açıqlanmasa da, baş direktor qeyd edib ki, qiymət çox ucuz olacaq.