KİV: Çində koronavirusa 1,3 min yeni yoluxma qeydə alınıb, ölənlərin sayı 106 nəfərə çatıb


Dünya 28 Yan 2020 05:40:26 128 0

KİV: Çində koronavirusa 1,3 min yeni yoluxma qeydə alınıb, ölənlərin sayı 106 nəfərə çatıb

​KİV: Çində koronavirusa 1,3 min yeni yoluxma qeydə alınıb, ölənlərin sayı 106 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə“Agence France-Presse”xəbər verib.

Agentliyin məlumatına görə, ölkədə virusa təxminən 1,3 min yeni yoluxma hadisəsi qeydə alınıb.

Daha əvvəl “Vani” portalı Çin regionlarının rəsmi məlumatına əsasən virusa yoluxanların sayının 2889 nəfər, xəstəlikdən ölənlərin sayının isə 82 nəfər olduğunu bildirib.

İnzibati ərazi vahidləri arasında xəstəliklərin sayı üzrə birinci yeri əvvəlki kimi Hubey (1423 yoluxma hadisəsi) tutur. Sonrakı yerdə Quandunun (151 hadisə), Çjeszyanın (128 hadisə) və Henanın (128 hadisə) adları var. Pekində 80 nəfər xəstəliyə yoluxub. Xeylunszyan əyalətində isə 21 nəfər koronavirusa yoluxub.