ABŞ-ın kiçik hərbi təyyarəsi Əfqanıstanda qəzaya uğradı


Digərləri 28 Yan 2020 02:35:00 224 0

ABŞ-ın kiçik hərbi təyyarəsi Əfqanıstanda qəzaya uğradı

Əfqanıstanda qəzaya uğrayan təyyarə 10-dan az insanın olduğu ABŞ-ın kiçik hərbi təyyarəsi olub

Bakı. Əfqanıstanda qəzaya uğrayan təyyarə 10-dan az insanın olduğu ABŞ-ın kiçik hərbi təyyarəsi olub. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib. Məlumata əsasən, hazırda təyyarənin vurulmasına dair heç bir sübut yoxdur. Bundan əvvəl "Taliban" hərəkatının silahlıları təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürmüşdülər. Taliblər, həmçinin təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə aid olduğunu və ölənlər arasında bir neçə MKİ zabitinin olduğunu da bildiriblər.