ABŞ-da məhkəmə binasında atışma olub, xəsarət alanlar var


Dünya 28 Yan 2020 00:49:51 140 0

ABŞ-da məhkəmə binasında atışma olub, xəsarət alanlar var

​ABŞ-da məhkəmə binasında atışma olub, xəsarət alanlar var

ABŞ-ın Konnektikut ştatının Bricport şəhərində məhkəmə binasında atışma olub.

“Report” xəbər verir ki, bu barədə məhkəmə aparatının əməkdaşına istinadən “New York Post” qəzeti bildirib.

Məlumata görə, atışma nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Cinayətkarların tutulması barədə hələ heçnə məlum deyil.