Günün qoroskopu: Özünüzü yormayın, bu gün enerjinizi qorumağınız vacibdi


Digərləri 28 Yan 2020 00:01:00 151 0

Günün qoroskopu: Özünüzü yormayın, bu gün enerjinizi qorumağınız vacibdi

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç -Fantaziyanız sərhəd tanımır. Ən qeyri-adi və qəribə fikirlər, ixtiralar sizi məşğul edəcək. Düzdür, ideyalarınız elə ideya olaraq qalacaq, ancaq bu nə sizi, nə də ətrafınızdakıları kədərləndirməyəcək. Çoxdankı bir münaqişənin gözlənilmədən həlli, itirdiyiniz dostunuzla münasibətlərinizin düzəlməsi mümkündür.

Buğa - Çətinlikləri əvvəlcədən görmək bacarığı şəxsi həyatınızda köməyinizə gələcək. Məhz bu gün yaxınlarınızla bir çox vacib məsələləri həll edə bilərsiniz.

Əkizlər - Bu gün nəyəsə müstəqil olaraq nail olmaq fikrindən vaz keçin. Vaxtında kiminləsə qüvvələrinizi birləşdirsəniz, məqsədinizə bir elə tez və asanlıqla çatacaqsınız. Ancaq müştərək işə qoşulmazdan öncə bütün detalları müzakirə edin.  

Xərçəng - Özünüzü yormayın, bu gün enerjinizi qorumağınız vacibdir. Axşam başınız ağrıya, yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Gərək olmadan dərman qəbul etməyin.

Şir - Qeyri-adi yerlərə gedin, dünyagörüşünüzü genişləndirməyə çalışın. Köhnə dostlarınızın sizi ziyarət etməsi könlünüzü açacaq, onların hətta sizin həyat tərzinizə uyğun gəlməyən təklifləri sizə maraqlı görünəcək. Romantik cəbhədə də hər şey əladır.

Qız - Gün bir çoxlarına çətin gələcək. Qəflətən hadisələr elə yöndə cərəyan etməyə başlayacaq ki, insanlar çaş-baş qalacaqlar. Stress keçirməyə alışmış insanlar özlərini tez ələ ala biləcək, xilas olmaq üçün plan hazırlayacaqlar. Ancaq özlərinə tərəfdaş tapmaq onlar üçün çətin olacaq.

Tərəzi - İstədiyiniz kimi hərəkət edə biləcəyiniz gün gəlib yetişdi. Enerjiniz aşıb-daşır, istənilən işin öhdəsindən gəlməyə qadirsiniz. Bircə məsələ qanınızı qaralda bilər - çox pul sərf etməli olacaqsınız. Amma təəssüflənməyin.