"Sabina" mağazalar şəbəkəsi satıldı


Digərləri 27 Yan 2020 23:01:00 239 0

"Sabina" mağazalar şəbəkəsi satıldı

"Sabina" mağazalar şəbəkəsi satılıb. "Sabina" mağazaları "İDEAL" Parfumery and Cosmetics tərəfindən alınıb.

Son.az banker.az-a istinadən xəbər verir ki, sövdələşmənin qiyməti hələlik məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da bəllidir. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib.

Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.

Ümumilikdə "Sabina" mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha əvvəl fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.