Ölümcül virusa yoluxan xəstəni ROBOT MÜALİCƏ ETDİ FOTO


Digərləri 27 Yan 2020 22:31:00 145 0

Ölümcül virusa yoluxan xəstəni ROBOT MÜALİCƏ ETDİ  FOTO

ABŞ-da koronovirusa yoluxan ilk insan robot tərəfindən müalicə olunub.

Son.az xəbər verir ki, 15 yanvarda Çinin Vuhan əyalətindən ABŞ-ın Sietl şəhərinə gedən sərnişində korona virusu aşkarlanıb. Dərhal xəstəxanaya yerləşdirilən və digər xəstələrdən uzaq tutulan 30 yaşlı xəstə hələ də sağalmayıb. Xəstəyə xüsusi robot baxıcılıq edir.

Belə ki, robot stetoskopdan istifadə edə bilir və xəstənin vəziyyətini ekranı vasitəsi ilə həkimlərə çatdırır. Hava limanında yoxlama nəticəsində məlum olub ki, həmin kişi ilə 43 insan ünsiyyət saxlayıb. Həmin insanlarda da virusun olub olmasını analiz edənə kimi həkim nəzarətində saxlanacaqlar. (ölkə.az)