Türkiyədə dəyəri 2,5 milyon dollar olan "Tövrat" ələ keçirilib


Digərləri 27 Yan 2020 22:49:00 144 0

Türkiyədə dəyəri 2,5 milyon dollar olan "Tövrat" ələ keçirilib

Türkiyənin Bursa şəhərində polis əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində qədim "Tövrat" kitabı ələ keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ceyran dərisi üzərində yazılmış kitab 2,5 milyon dollar dəyərində qiymətləndirilib.

Dini əsər satılmaq üzrə olarkən ələ keçirilib.

Faktla bağlı bir nəfər saxlanılıb.