Əfsanəvi basketbolçunun öləcəyini 8 il əvvəl bilirdi FOTO


Digərləri 27 Yan 2020 22:37:00 165 0

Əfsanəvi basketbolçunun öləcəyini 8 il əvvəl bilirdi  FOTO

Xəbər verdiyimiz kimi, ABŞ-ın peşəkar basketbol liqasının (NBA) keçmiş əfsanəvi basketbolçusu Kobi Brayant faciəvi şəkildə helikopter qəzasında həyatını itirib.

Son.az xəbər verir ki, 2012-ci ildə Tvitter sosial şəbəkəsində "@dotNoso" adlı istifadəçi tərəfindən paylaşılan bir tvit Kobe Brayantın ölümündən sonra bütün diqqəti üzərinə çəkib.

Platforma istifadəçisi tərəfindən 8 il öncə paylaşılan tvitdə Kobinin helikopter qəzasında öləcəyi yazılıb.

Qeyd edək ki, Kaliforniya ştatında baş verən hadisə zamanı daha 4 nəfərin öldüyü bildirilir. Onların Brayantın qızları olduğu qeyd olunub. (publika.az)