Çexiyada iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib


Dünya 27 Yan 2020 20:46:08 107 0

Çexiyada iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, həmçinin Praqada bir braziliyalı turistdən götürülən müvafiq nümunələrdə virus aşkar edilməyib.

Çex Respublikasında iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, həmçinin Praqada bir braziliyalı turistdən götürülən müvafiq nümunələrdə virus aşkar edilməyib.

Kromeriz şəhərində isə yüksək qızdırma ilə həkimə müraciət edən yerli vətəndaşla bağlı təhqiqatın nəticəsi hələ açıqlanmayıb.