Muğam Mərkəzində “Çahargah” dəstgahı təqdim edilib (FOTO)


Digərləri 27 Yan 2020 20:33:24 125 0

Muğam Mərkəzində “Çahargah” dəstgahı təqdim edilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axsamlari" layihəsinin çərçivəsində “Çahargah” muğamı təqdim edilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin "Muğam axsamlari" layihəsinin çərçivəsində “Çahargah” muğamı təqdim edilib. Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində keçirilən gecədə gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Nisbət Sədrayeva “Çahargah” dəstgahını özünəməxsusluqla ifa etdilər. Muğam Televiziya Müsabiqəsinin qaliblərinin çıxışları elə ilk dəqiqələrdən böyük alqış və maraqla qarşılandı. Beynəlxalq Muğam Mərkəzinin artıq illərdir formalaşan və muğamlarımıza böyük diqqətlə yanaşan tamaşaçıları qarşısında məsuliyyətlə çıxış edən xanəndələr dəstgahın çahargah, segah, müxalif, hicaz və digər şöbələrini böyük şövqlə tamaşaçılara çatdıra bildilər. Konsertin xoş aurasından ayrılmaq istəməyən tamaşaçılar xanəndələri ikinci dəfə səhnəyə dəvət etdilər.