Daha bir qəza: ekipajdan xəbər yoxdur


Dünya 27 Yan 2020 19:44:00 121 0

Daha bir qəza: ekipajdan xəbər yoxdur

Xorvatiyada hərbi helikopter qəzaya uğrayıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyi informasiya yayıb.

Açıqlamada "OH-58 D Kiowa" tipli helikopterin təlim uçuşu zamanı Adriatik dənizinə düşdüyü bildirilir.

Ekipajın axtarışı üçün sahil təhlükəsizliyi briqadaları cəlb olunub.