Türkiyədə zəlzələ zarafatı edən şəxs cərimələndi


Digərləri 27 Yan 2020 19:34:00 125 0

Türkiyədə zəlzələ zarafatı edən şəxs cərimələndi

Türkiyənin Elazığ əyalətində baş vermiş zəlzələnin təkanlarının hiss edildiyi Kahramanmaraş bölgəsində Fövqəladə Hallar İdarəsinə yanlış məlumat verən şəxs cərimələnib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, quruma zəng edən şəxs evinin zəlzələ nəticəsində dağıldığını deyib, lakin qısa müddət sonra təkrar zəng edərək, zarafat etdiyini bildirib.

Ölkə prokurorluğunun təlimatı əsasında sözügedən şəxs qurumu məşğul etdiyi əsas gətirilərək, 235 lirə məbləğində cərimə edilib.