BDU-da qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib (FOTO)


Digərləri 27 Yan 2020 18:33:10 128 0

BDU-da qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib (FOTO)

Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə rektor Elçin Babayev tələbələrin imtahanlarla bağlı yaranan istənilən müraciətlərinə İmtahan Qərargahı tərəfindən operativ qaydada baxıldığını bildirib. Tələbələrin imtahan prosesinə dəstək olmaq məqsədilə valideynlərə və dekan müavinlərinə müvafiq tapşırıqlarını verib. “Açıq qapı”da rektora ünvanlanan müraciətlər, əsasən qaib limitinin ötməsi, bu səbəbdən imtahana buraxılmama və 1-2 balla imtahandan və yaxud əlaçı, zərbəçi təqaüdündən kəsilən tələbələrə güzəştlərin tətbiqi ilə bağlı olub. Görüşdə həmçinin Gənc Alimlər Şurası və Tələbə Elmi cəmiyyətinin fəaliyyətinin yenidən qurulması və tələbələrin bu işə cəlb olunması məsələlərindən danışılıb. Həmçinin bildirilib ki, istedadlı tələbələrin üzə çıxarılması, onların elmi fəaliyyətə, qrant layihələrinə cəlb olunması məsələləri gündəmdədir. Rektor valideynlərə tələbələrin sosial fəallığının artırılması məqsədilə universitetin nəzdində Mədəniyət Yaradıcılıq Mərkəzi və İdman Sağlamlıq Kompleksinin yaradılacağı haqqında məlumat verib.