Bəzi namizədlər birbirinə qarşı iradlar tutub sosial şəbəkələrdə yayırlar


Siyasət 27 Yan 2020 17:47:00 138 0

Bəzi namizədlər birbirinə qarşı iradlar tutub sosial şəbəkələrdə yayırlar

Bəzi namizədlər bir-birilərinə qarşı iradlar tutub sosial şəbəkələrdə yayırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, yerlərdə bir namizəd digər bir namizədi görəndə qrup halında ona irad tutub, sonra da bunu sosial şəbəkələrdə yayaraq mübarizə aparır: "Bu cür mübarizə yolverilməzdir. Biz istəmirik ki, belə şeyləri deyək, amma məcburuq".

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.