Bakıda narkotacirlər 1 kq heroinlə tutuldular


Kriminal 27 Yan 2020 17:59:00 269 0

Bakıda narkotacirlər 1 kq heroinlə tutuldular

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində monitorinq keçirib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə komitə sədrinin müavini Elçin Şirinov məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı idarənin müvəqqəti saxlanma yerində 2 nəfər təqsirləndirilən şəxs olub:

"Monitorinqi mən və komitənin sədri Tural Hüseynov keçirdik. Müvəqqəti saxlanma yerində iki nəfər saxlanılırdı. Onlar Lənkəran şəhər sakinləri, 1981-ci il təvəllüdlü Əsədova Salehə Əlövsət qızı və 1985-ci il təvəllüdlü liyev Ruslan Nadir oğlu idi. Həmin şəxslər Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndiriliblər. Saxlanılan zaman onlardan 1 kiloqram heroin və 500 ədəd metodon psixotrop həb aşkar edilərək götürülüb. Monitorinq zamanı təqsirləndirilən şəxslər günahlarını etiraf etdilər. Bildirdilər ki, həqiqətən də həmin narkotik vasitələr onlardan aşkarlanıb. Bakıda Yasamal rayonu ərazisində kirayədə yaşayırlarmış. Dedilər ki, həmin maddələri İran vətəndaşından satmaq məqsədilə alıblar. Hazırda İran vətəndaşı da axtarışdadır".

E.Şirinov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti və səhhətləri ilə maraqlanıblar: "Saxlanma şəraiti və səhhətlərindən şikayət etmədilər. Həmçinin rəftardan heç bir şikayətləri yoxdur".