Deputatlığa namizəd Rauf Nağıyevin seçicilərlə növbəti görüşü keçirilib


Siyasət 27 Yan 2020 17:45:47 179 0

Deputatlığa namizəd Rauf Nağıyevin seçicilərlə növbəti görüşü keçirilib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi Nağıyev Rauf Nəriman oğlunun seçicilərlə növbəti görüşü keçirilib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi Nağıyev Rauf Nəriman oğlunun seçicilərlə növbəti görüşü keçirilib.

“Report” xəbər verir ki, görüş YAP-ın Yasamal rayon təşkilatının inzibati binasında baş tutub.

Görüşdə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayon ağsaqqalları, partiya üzvləri, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Deputatlığa namizəd Rauf Nağıyev əvvəlcə ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların ölkənin ümumi inkişafına verdiyi töhfələrdən danışıb.

R.Nağıyev daha sonra özü və platforması haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Yasamal rayonunda da böyük işlər görülüb və görülməkdədir:

“Rayon ərazisində 3 yeni park salınıb, 80 binanın fasadı və dam örtüyü dəyişdirilib”.

R.Nağıyev həmçinin rayon ərazisindəki problemlərdən də xəbərdar olduğunu bildirib. O qeyd edib ki, 140-dan artıq binada istilik sistemi yoxdur:

“Etimad göstərib məni deputat seçsəniz problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün müvafiq qurumların qarşında məsələ qaldıracağam. Bundan əlavə, sənədsiz evlərin sənədləşdirilməsi üçün tədbirlərin görülməsi, bütün seçicilərin və ailə üzvlərinin icbari tibbi sığorta proqramına cəlb olunması və onların maarifləndirməsi ilə bağlı müvafiq qurumların qarşında məsələ qaldıracağam”

Daha sonra çıxış edən şəxslər namizədə uğurlar arzulayıblar.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək