Parlament seçkilərində bir yerə 11 nəfər düşür


Siyasət 27 Yan 2020 17:30:00 94 0

Parlament seçkilərində bir yerə 11 nəfər düşür

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində hazırda qeydiyyata alınmış 1374 namizəd mübarizə aparır.

Son.az Trend-ə istinadən bildirir ki, artıq 263 nəfər öz namizədliyini geri götürüb. Ümumlikdə parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir. Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb.

248 nəfər 19 siyasi partiyadanın üzvüdür. Bir deputat mandatı üçün yerə 11 nəfər mübarizə aparır.