TAP konsorsiumu 2020-ci il üçün planlarını açıqlayıb


Digərləri 27 Yan 2020 17:10:25 128 0

TAP konsorsiumu 2020-ci il üçün planlarını açıqlayıb

2020-ci il Trans-Adriatik qaz kəməri (TAP) layihəsi üçün həlledicidir

Bakı. Ləman Zeynalova - 2020-ci il Trans-Adriatik qaz kəməri (TAP) layihəsi üçün həlledicidir. Bunu Trend-ə layihənin xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib. O bildirib ki, yaxın aylarda uzunillik gərgin işin kulminasiyası olacaq və istismar mərhələsinə keçid başlayacaq: “Biz ilk qazı Yunanıstan, Albaniya və dəniz vasitəsilə İtaliyaya nəql edəcəyik”. Onun sözlərinə görə, 2019-cu ilin noyabrında boru kəmərinin Yunanıstan ərazisində 2 kilometrlik sahəsinin qazla doldurulmasından sonra, 2020-ci ildə konsorsium infrastrukturun mərhələli sınaqları və 878 kilometrlik boru kəmərində qaz nəqli ilə məşğul olacaq.