Kim Çenin casusdiplomatları ifşa olundu


Dünya 27 Yan 2020 17:05:00 121 0

Kim Çenin casusdiplomatları ifşa olundu

Şimali Koreya diplomatları 2012-2013-cü illərdə Çexiyadan Afrika və Çin vasitəsilə ölkələrinə hərbi məhsullar keçirmək istəyiblər.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın "Denik N" qəzeti ölkənin ək-kəşfiyyat orqanına istinadla məlumat yayıb.

"Altı aydan çox Çexiyada bir casus romanına bənzər hadisələr baş verdi. Şimali Koreyadan olan diplomatlar Çexiyadan Afrika və Çin vasitəsilə ölkələrinə hərbi məhsullar və PUA-lar keçirməyə cəhd edib. Bu cəhdlər əvvəldən aşkar edilib və respublikasının Təhlükəsizlik və İnformasiya Xidməti (əks-kəşfiyyat) tərəfindən izlənilib", - qəzet yazıb.

Əks-kəşfiyyat da, öz növbəsində, faktı təsdiqləyib.

"Məsələ ilə bağlı detalları deyə bilmərəm. Amma ümumilikdə təsdiq edə bilərəm ki, təhlükəsizlik xidməti Çexiyadan Şimali Koreyaya hərbi məhsulların göndərilməsinin qarşısını alıb", - əks-kəşfiyyatın nümayəndəsi Ladislav Ştixa bildirib.