Siyasi partiyalar MSK sədrinin müraciətinə əməl etməyib


Digərləri 27 Yan 2020 16:52:00 117 0

Siyasi partiyalar MSK sədrinin müraciətinə əməl etməyib

Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib.

Bakı. Elçin Mehdiyev – Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib. Trend-in məlumatına əsasən, qanunvericiliyin tələbinə görə, əgər öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslər siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməli idi. MSK-nın keçən iclası zamanı komissiya sədri Məzahir Pənahov partiyalara müraciət edərək növbəti iclasa qədər siyasi partiyaların bununla bağlı məlumat vermələrini xahiş etmişdi. Amma bu müraciətə əməl olunmayıb. M.Pənahov bununla bağlı partiyaları diqqətli olmağa çağırıb: “Ona görə də məsələ ilə bağlı heç kəs bizdən inciməsin”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin