İrana da səfər edən turistlərin sayı azaldı - SƏBƏB


Digərləri 27 Yan 2020 16:53:10 109 0

İrana da səfər edən turistlərin sayı azaldı - SƏBƏB

Son 10 ay ərzində 7,85 milyon əcnəbi turist İrana səfər edib.

Bakı. Elnur Bağışov - Son 10 ay ərzində 7,85 milyon əcnəbi turist İrana səfər edib. Trend-in məlumatına görə, bunu İranın mədəni irs, əl işləri və turizm nazirinin müavini Vəli Teymur mətbuat konfransında deyib. V.Teymurinin sözlərinə görə, halbuki ötən 3 il ərzində turistlərin sayında 52 faiz artım olub. Bu il isə faiz azalmağa doğru gedib. Nazir müavini deyib ki, cari ildə turist bələdçilərinin sığortalanması üzrə qərar qəbul edilib. Bundan əlavə, əcnəbi turistlərin ölkəyə gəlməsi ilə əlaqədar fəaliyyət göstərən idarələrə əlavə dəyər vergisi ləğv edilib.