"Təhlükəyə atmaq istəmirəm"


Digərləri 27 Yan 2020 16:44:00 101 0

"Təhlükəyə atmaq istəmirəm"

Dünyaca məşhur müğənni Madonna "Madame X" turu çərçivəsində baş tutacaq konsertlərini təxirə salmağa davam edir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Boston (ard-arda 3 dəfə) və Lissabonda çıxışına 45 dəqiqə qalmış səhnəyə çıxmaqdan imtina edən sənətçi bu dəfə ingilis pərəstişkarlarını məyus edib.

61 yaşlı sənətçi Londondakı konsertini təxirə saldığını açıqlayıb və fanatlarından üzr istəyib: "27 yanvarda Londondakı konsertimi ləğv etməyə məcbur oldum. Kədərliyəm. Hamınız bilirsiz ki, konsert turumun ilk günlərində səhhətimdə problem yarandı. Daim bədənim dincəlməlidir. Səhhətimin qaydasına düşməlidir. Edəcəyim son şey fanatlarımı məyus etməkdir. Şoumu təhlükəyə atmaq istəmirəm. Biletləri geri qaytararaq pulunuzu götürə bilərsiz".