Saatlıda su kanalına düşən şəxs xilas edildi


Digərləri 27 Yan 2020 16:50:00 110 0

Saatlıda su kanalına düşən şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Saatlı rayonunun Mollavazlı kəndində 1 nəfərin su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Son.az-a məlumat verilib.

Dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.