Ali təhsil müəssisələrinə qəbulla bağlı sınaq imtahanına qeydiyyat başlayıb


Digərləri 27 Yan 2020 16:46:00 141 0

Ali təhsil müəssisələrinə qəbulla bağlı sınaq imtahanına qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Trend-ə DİM-dən verilən məlumata əsasən, sınaq imtahanında iştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq: I qrup II qrup III qrup IV qrup Riyaziyyat Riyaziyyat Azərbaycan (rus) dili Biologiya Fizika Coğrafiya Tarix Kimya