Bu psixoloqların əməyinin stimullaşdırılması ilə bağlı təkliflər hazırlanacaq


Digərləri 27 Yan 2020 16:22:00 129 0

Bu psixoloqların əməyinin stimullaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməyinin stimullaşdırılması üçün təkliflər hazırlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyətdə olan 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirilməsi keçirilib.

Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydaların təqdim edildiyini deyən C.Bayramov əlavə edib ki, psixoloqların əməkhaqqısı diaqnostik qiymətləndirmədən keçən müəllimlərdən fərqli şəkildə müəyyən edilir:

"Bu gün psixloqların və bir sıra digər kateqoriyadan olan təhsil işçilərinin əməkhaqqısı müvafiq tarif cədvəli ilə tənzimlənir. 2019-cu ildə bilavasitə diaqnostik qiymətləndirmə ilə bağlantı olmadan psixoloqların maaşları 2 dəfədən bir qədər az artırılıb.