Parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub


Digərləri 27 Yan 2020 16:15:00 86 0

Parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub. Trend-in məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) exit-poll keçirmək istəyən təşkilatların müraciətinə baxılıb. Əvvəlcə Əmək Hüquqlarının Müdafiə Liqasının ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxılıb. MSK sədrinin müavini Rövət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. O qeyd edib ki, təşkilat 1053 seçki məntəqəsində seçicilərin rəyini öyrənəcəklər. R.Qasımov vurğulayıb ki, 2106 müsahibəçinin, 47 supervayzerin bu prosesə cəlb olunması nəzərdə tutulur. Müraciət səsə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin