“Əvəzolunmaz sevgimizin 12 ili…”


Şou-biznes 27 Yan 2020 15:33:00 138 0

“Əvəzolunmaz sevgimizin 12 ili…”

Əməkdar artist Manana Çaparidzenin evliliyinin 12-ci ili tamam olur.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə İnstaqram hesabında həyat yoldaşı Georgi Qabalave ilə bağlı paylaşım edib.

İfaçı ailəsi ilə bağlı bu sözləri yazıb:

"Əvəzolunmaz sevgimizin 12 ili tamam oldu. Hər gün Allahıma bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə, hər şeyi mənə bəxş etdiyinə görə şükür edirəm! Biz öz sevgimizi göz bəbəyi kimi qoruyuruq".