AŞPA-ya yeni prezident seçilib - YENİLƏNİB


Dünya 27 Yan 2020 15:11:00 97 0

AŞPA-ya yeni prezident seçilib - YENİLƏNİB

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır.

Hendrik Daems

Belçikalı senatorHendrik Daems iki il müddətinəAŞPA-nın yeni prezidenti seçilib.

“Report”un Fransa bürosu xəbər verir ki, o, bu vəzifədəisveçrəli deputat Liliane Maury Pasquieri əvəzləyib.

AŞPA prezidenti iki il müddətinə seçilir.

Qeyd edək ki, AŞPA prezidentliyinə növbəti seçkilər 2022-ci ilin yanvar ayında baş tutacaq. Bu zaman AŞPA prezidenti Avropa Xalq Partiyasından seçiləcək.

*** 14:13

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA)qış sessiyası işə başlayır.

“Report”un Fransa bürosu xəbər verir ki, sessiya çərçivəsində quruma yeni prezident seçiləcək vəbelçikalı senator Hendrik Daemsbu vəzifəyə yeganə namizəddir.

O, AŞPA-nın hazırkı prezidenti, isveçrəli deputat Liliane Maury Pasquieri əvəz edəcək.

Qeyd edək ki, H.Daems Belçikanın Avropa üçün Demokratlar və Liberallar Alyansı Partiyasının prezidentidir.

AŞPA-nın qış sessiyası yanvarın 31-i başa çatacaq.