Bakıda evlərdən 130 min manatlıq oğurluq edən şəxs saxlanılıb


Sosial 27 Yan 2020 15:16:58 103 0

Bakıda evlərdən 130 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Bakıda 11 evdən 50 min manatlıq qızıl-zinət&əşyaları və 80 min manat nağd pul oğurlayan şəxs saxlanılıb.

Bakıda 11 evdən 50 min manatlıq qızıl-zinətəşyaları və 80 min manat nağd pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə,Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən son bir neçə ay ərzində Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Keçirilən əməliyyat nəticəsində Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Salamov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun təkcə Binəqədi rayonu ərazisində 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub. V.Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Salmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.