Xəzər dənizində quş ovu qadağan edildi


Dünya 27 Yan 2020 14:44:00 128 0

Xəzər dənizində quş ovu qadağan edildi

İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların qeyri-adi şəkildə tələfatını nəzərə alaraq vilayətin şərqində köçəri quşların ovu qadağan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayətinin ətraf mühitin mühafizəsi idarəsinin baş direktoru İbrahim Karnami deyib.

İ.Karnaminin sözlərinə görə, insan sağlamlığının qorunması məqsədilə Feridunkənar rayonunda köçəri quşların satışı bazarının fəaliyyəti dayandırılıb.

Karnami əlavə edib ki, köçəri quşların tələfatının səbəbi bəlli olmadığına görə, əhaliyə bu quşlardan istifadə etməmək tövsiyə olunub.