Valideyn: Zəlzələ bölgəsindən təxliyə edilən 100-dən artıq tələbə Prezident İlham Əliyevin daim vətəndaşların yanında olduğunu hiss etdi


Digərləri 27 Yan 2020 14:46:07 116 0

Valideyn: Zəlzələ bölgəsindən təxliyə edilən 100-dən artıq tələbə Prezident İlham Əliyevin daim vətəndaşların yanında olduğunu hiss etdi

Dövlətin hər an vətəndaşının yanında olmasını hiss etmək, belə çətin gündə daha da qiymətlidir.

Bakı. Samir Əli - Dövlətin hər an vətəndaşının yanında olmasını hiss etmək, belə çətin gündə daha da qiymətlidir. Bunu Trend-ə açıqlamasında Türkiyədə zəlzələ zonasından Azərbaycana təxliyə edilən Türkiyənin Elazığ vilayətindəki Fırat Universitetinin tikinti mühəndisliyi fakultəsinin 3-cü kurs tələbəsi, azərbaycanlı tələbə Araz Zamaninin anası Elnarə Kərimova deyib. O bildirib ki, dövlət onun övladına ən çətin anda yardım edib: "Zəlzələ barədə xəbəri Türkiyə mətbuatından aldığım an dərhal Fırat Universitetində oxuyan oğlum Araz Zamani ilə əlaqəyə cəhd etdim, alınmadı. İnternet, telefon əlaqəsi yaratmaq mümkün deyildi. Xəbərdarlıq edilmişdi ki, telefonları məşğul etməyək, çünki dağıntı altındakı insanlarla əlaqə saxlaya bilmək üçün xətlərin boş olması lazım idi. Türkiyədəki dostlar çətinlikə də olsa əlaqə yaradaraq oğlumun salamat olduğunu dedilər. Daha sonra onun özü ilə də danışdım. O dedi ki, gecədən səhərə qədər azərbaycanlı tələbələrlə birlikdə küçədə qalıblar, mümkün qədər dağıntıdan ziyan çəkənlərə kömək ediblər. Biz övladlarımızı zəlzələ bölgəsindən çıxarmağa çalışırdıq, xüsusilə mətbuat vasitəsilə vəziyyətlə bağlı narahatlığımızı çatdırırdıq. Universitet zəlzələdən dərhal sonra açıqlama yaydı ki, imtahanlar qeyri-müəyyən müddətə təxirə salınır, tələbələr şəhəri tərk etsinlər".