Əfqanıstan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb


Dünya 27 Yan 2020 14:31:47 105 0

Əfqanıstan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb

İlkin məlumatlara görə, sərnişin təyyarəsinin göyərtəsində 83 nəfər olub

Əfqanıstan Hava Yollarına (Ariana Afghan Airlines) məxsus təyyarə ölkənin şərqindəki Qəzni vilayətində qəzaya uğrayıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, vali nümayəndəsi təyyarənin Dih Yak mahalında qəzaya uğradığını qeyd edib.

İlkin məlumatlara görə, sərnişin təyyarəsinin göyərtəsində 83 nəfər olub.

Təyyarənin "Taliban" silahlılarıtərəfindən idarə olunan ərazidə qəzaya uğradığı bildirilir. Qəza yerinə yerli xüsusi təyinatlı dəstənin əməkdaşları göndərilib.

Hadisənin digərtəfərrüatları barədə məlumat verilmir.