“20 ildə təkcə əxlaqım dəyişməyib”


Şou-biznes 27 Yan 2020 14:22:00 129 0

“20 ildə təkcə əxlaqım dəyişməyib”

Dünyaya Tünzalə Ağayevanı təhlil etmək üçün baxıram. Özümü hələ öyrənirəm. Ömrümün axırına kimi hikməti axtaracam. Arzum kamil insan olmaqdır. Heç kim qismətindən bir tikə artıq yemir.  43 yaşım var, bəlli bir harmoniyada varam, təzadlarım da az deyil. Özümə nələrisə sübut etməyi xoşlayıram. Dünənki Tünzalə ilə bugünkü Tünzalə arasında fərq yoxdursa, deməli, günümü boşa yaşamışam. Yaşa dolub daha enerjili olmaq istəyirəm.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva AzTV-də yayımlanan "Ağ-Qara" proqramında qonaq olarkən deyib. Məşhur müğənni hər gün özünü kəşf etdiyini, təkcə əxlaqının dəyişmədiyini söyləyib:

"Səhnə fəaliyyətimin 20 illiyini qeyd edəcəm. 20 ildə 22 min dəfə dəyişmişəm. Təkcə mənəviyyatım, əxlaqım, gözütoxluğum dəyişməyib. Daxilimdə nə çəkdiyimi bir Allah, bir də mən... Yüngül tərəflərini ətrafımdakılarla bölüşürəm. Heç vaxt depressiyaya düşməmişəm. Psixoloji təzyiqlər olub və stress keçirmişəm. Ancaq işimdəki işıq məni tərk etməyib. Ümidlərimin azaldığı bir məqamda ortaya çıxıb".

Xalq artisti qeyd edib ki, onu sevgi ayaqda saxlayır: "Məni sevgi ayaqda saxlayır. Bir qadın ağac kimidir, onu sevgi ilə qidalandırmaq lazımdır. Güc sevgidən gəlir, qaynağı pul-şöhrət deyil. Xarakterin güclü olsa, səni tənhalıqdan xilas edə bilər.  Amma güclü qadını güclü edən sevgidir. Məhəbbət yolları məni çox yormayıb. Sevgi yolu çətindir, amma ən çətin səfər insanın özünə etdiyi səfərdir, kənara etdiyi yox. Finalsız bir səfərdir. Həyat kəşf etməklə maraqlıdır. Hər gün yeni Tünzalələr tanıyıram. Hirsli, emosional, səbrsiz, tələsgən Tünzalə qorxduğum Tünzalədir.  O qədər xətalar etmişəm ki...".