Batuminin sabiq meri 7 il müddətinə azadlıqdan məhrum edilib


Dünya 27 Yan 2020 14:09:31 112 0

Batuminin sabiq meri 7 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin keçmiş&meri Giorgi Yermakov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin keçmişmeri Giorgi Yermakov 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Batumi Şəhər Məhkəməsi qərarqəbul edib.

Sabiq merin ailə üzvləri məhkəmə qərarından şikayət verəcəklərini bildiriblər.

Qeyd edək ki, G.Yermakov və daha 6 məmur ötən ilin mayın 30-da xüsusiəməliyyat zamanı saxlanılıb. Onlar Batumidə həyata keçirilən “Ucuz ev”layihəsi ilə bağlı israfçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamolunublar.

G.Yermakov 2014-2017-ci illərdə Batuminin meri olub.