Belçikalı senator AŞPA-nın yeni prezidenti ola bilər


Dünya 27 Yan 2020 14:13:08 130 0

Belçikalı senator AŞPA-nın yeni prezidenti ola bilər

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır.

Hendrik Daems

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA)qış sessiyası öz işinə başlayır.

“Report”un Fransa bürosu xəbər verir ki, sessiya çərçivəsində quruma yeni prezident seçiləcək vəbelçikalı senator Hendrik Daemsbu vəzifəyə yeganə namizəddir.

O, AŞPA-nın hazırkı prezidenti, isveçrəli deputat Liliane Maury Pasquieri əvəz edəcək.

Qeyd edək ki, H.Daems Belçikanın Avropa üçün Demokratlar və Liberallar Alyansı Partiyasının prezidentidir.

AŞPA-nın qış sessiyası yanvarın 31-i başa çatacaq.